SOBADA PAZILI MAKARON


İÇİNDƏKİLƏR:

  • 1 bağ pazı
  • 1 paket fiyonk makaron
  • 2 ədəd yumurta
  • 2 qaşıq Bizim Süfrə mayonezi
  • 100 qr. ağ pendir
  • Zövqə görə duz, istiot

BEŞAMEL Sousu üçün:

  • 3 stəkan süd
  • 3 yemək qaşığı un
  • 2 yemək qaşığı kərə yağı
  • Keşniş
  • Zövqə görə duz, istiot

Üzəri üçün:

  • Rəndələnilmiş holland pendiri

HAZIRLANMASI:

Pazıları yuyub, incə-incə doğrayın. Daha sonra makaronu qaynayan suya töküb qaynadın. Makaronu süzüb dərhal doğranmış pazıların üzərinə tökün və yaxşıca qarışdırın. İçinə yumurta, Bizim Süfrə mayonezi, pendir və istiotu əlavə edib təkrar qarışdırın. Kərə yağını kiçik bir qazanda əridin. Üzərinə unu əlavə edib qovurun. Südü də əlavə edib sürətli şəkildə qarışdırın, qaynayıb 2 dəqiqə daha bişdikdən sonra ocaqdan götürün. Pazılı makaronu üzərinə boşluq qalmayacaq şəkildə yayın. İsti sobaya yerləşdirib üzü yüngül qızarana qədər bişirin. Son olaraq isə rəndələnilmiş holland pendirini üzərinə gəzdirib əriyənə qədər sobada tutun. Yeməyiniz istifadəyə hazırdır.

Nuş olsun! :)