MAYONEZLİ TOYUQ YEMƏYİ


İÇİNDƏKİLƏR:

  • Toyuğun istənilən hər hansı bir yeri
  • 2 ədəd kartof
  • 1 ədəd yerkökü
  • 4-5 diş sarımsaq
  • 1 ədəd quru soğan
  • 1 ədəd pomidor
  • duz, pul bibər, kəklikotu
  • 2 x.q. Bizim Süfrə mayonezi

 

HAZIRLANMA QAYDASI

Kartof və yerkökülər soyulduqdan sonra istənilən formada doğranılır. Sarımsaqlar (ikiyə bölünəcək), quru soğan və pomidor da soyulduqdan sonra xüsusilə soğan iri doğranır. Toyuqlar yuyulduqdan sonra dərin qaba qoyulur. Üstünə soğan, sarımsaq, pomidor, yerkökü, kartof, ədviyyatlar və Bizim Süfrə mayonezi əlavə edilərək yaxşıca qarışdırılır. Bütün ərzaqlar yaxşıca qarışdırıldıqdan sonra qazana tökülür və zəif temperaturda bişirilir (qəti şəkildə su və yağ əlavə edilməyəcək və zəif temperaturda bişiriləcək). Bütün ərzaqlar bişdikdən sonra altı söndürüləcək. 

Nuş olsun! :)