MAYONEZLİ TOYUQLU ÇÖRƏK


İÇİNDƏKİLƏR: 

  • 1 ədəd qara çörək
  • 1 ədəd portağal
  • 2 ədəd toyuğun döş əti
  • 1 çay qaşığı keşniş
  • 1 stəkan Bizim Süfrə mayonezi
  • 1 desert qaşığı köri
  • 3 sap nanə


HAZIRLANMA QAYDASI:
Çörəyin üzünü kəsib qapaq formasında çıxardın. İçini boşaldın. 
Toyuğun döş ətini qaynadıb, soyuduqdan sonra iri hissələrə ayırın. 
Portağalın qabığını ağ hissəsi ilə birlikdə soyun. Dilimlədikdən sonra pərdələri çıxarın. 
Bizim Süfrə mayonezi, keşniş və toyuğun hissələrini qarışdırın. Hazırladığınız toyuqlu qarışığı çörəyin içinə qoyduqdan sonra portağal dilimləri və təzə nanə yarpaqları ilə bəzəyin. 
Üzərini qapaq kimi çıxardığınız çörəklə örtün, aliminium folqa ilə sarıyın. İki saat soyuducuda saxladıqdan sonra süfrəyə verin. 

Nuş olsun! :)