MAYONEZLİ YEMƏK


İÇİNDƏKİLƏR:

  •  400 qram dana bud
  •  2 ədəd yerkökü
  •  Yarım stəkan Bizim Süfrə mayonezi
  •  1 stəkan qatıq
  •  2 ədəd təzə soğan
  •  2 ədəd dəfnə yarpağı
  •  duz

HAZIRLANMA QAYDASI:

* Yerkökülərini təmizləyib doğrayın. Təzə soğanları təmizləyib doğrayın.
* Yerkökü, soğan və dəfnə yarpağını qazana qoyub üstünü örtəcək şəkildə su tökün. Orta temperaturda su qaynayana qədər bişirin.
* Əti əlavə edib temperaturu azaldın və ət yumuşayana qədər qapağı bağlı şəkildə bişirin.  
* Əti kəfgirlə başqa bir boşqaba qoyub soyudun.
* Bizim Süfrə mayonezi və qatığı qarışdırırıq.
* Hazırladığınız sousu boşqaba qoyub üzərinə əti əlavə edin.
* Salat yapraqları ilə birlikdə süfrəyə verin.

Nuş olsun! :)