SOBADA MAYONEZLİ PLOV


İÇİNDƏKİLƏR:

  • 4 stəkan düyü 
  • 100 qram kərə yağı 
  • 2 stəkan qatıq 
  • 4 yumurta 
  • 2 qaşıq un 
  • 150 qram kaşar pendiri
  • Bizim Süfrə mayonezi
  • duz 


HAZIRLANMASI:

Düyünü təmizləyin. Yuyub ilıq duzlu suda isladın. 1 saat sonra yağda qovurun. 3.5 stəkan qaynar su tökün. 20 dəqiqə zəif temperaturda bişirin və 20 dəqiqə ağzını açmadan kənarda saxlayın. Sonra plovu bir dəfə qarışdırıb bir siniyə tökün. Soba sinisinə düzgün formada yayın. Qatığı, unu, yumurtanı çalın və sinidəki plovun üstünə bərabər şəkildə səpin. Və ən üstdə üzərinə Bizim Süfrə mayonezi çəkib, kaşar pendiri rəndələyib üstünə tökdükdən sonra sobaya qoyun. Sobada üzəri qızaranda çıxardın. Kəsib süfrəyə verin. 

Qeyd: Plovu siniyə qoymazdan əvvəl sinini yağlayın. 

Nuş olsun! :)