MAYONEZLİ DİP SOUS


İÇİNDƏKİLƏR : 

  • Yarım dəstə şüyüd, 
  • 5 x.q. Bizim Süfrə mayonezi, 
  • 1 desert qaşığı ketçup,  
  • duz, 
  • 1 çay qaşığı quru nanə və ya 1 desert qaşığı doğranmış təzə nanə, 
  • 1 diş döyülmüş sarımsaq, 
  • 1 desert qaşığı xardal, 
  • 1 qatı yumurta. 


HAZIRLANMA QAYDASI
Bizim Süfrə mayonezini bir qaba qoyun. 
Üzərinə nazik şəkildə doğranmış şüyüdü, ketçupu, duzu, nanəni, sarmısağı, xardalı və nazik doğranmış yumurtanı töküb ya mikser ilə ya da çalan alətlə bir-iki dəqiqə çalın. 
Bu sousu qaynadılmış və ya çiy tərəvəzlər (xiyar, yerkökü, gül kələm, təzə soğan, təzə sarımsaq, turp) ilə bəzəyə bilərsiniz.

Nuş olsun! :)