MAYONEZLİ YUMURTA SALATI


İÇİNDƏKİLƏR: 

  • 4 ədəd yumurta (qatı bişmiş) 
  • 4 yemək qaşığı Bizim Süfrə Mayonezi 
  • ½ yemək qaşığı limon suyu 
  • duz 
  • 2 ədəd qaynadılmış kartof (Soyulmuş) 


HAZIRLANMASI : 

Kartofları yastı şəkildə kəsib boşqabın içinə düzün. Yumurtaları soyub uzununa ikiyə bölün və kartofların üzərinə, çölü üstə düşəcək formada düzün. Bizim Süfrə mayonezini qaşıqla yumurtaların üzərinə tökün. Bizim Süfrə mayonezi bir az yayıldıqdan sonra arzu etdiyiniz şəkildə bəzəyib süfrəyə verin. 

Nuş olsun! :)