MAYONEZLİ TOYUQ SALATI


İÇİNDƏKİLƏR 

  • 500 qr toyuq (döş əti) 
  • 250 qr Bizim Süfrə mayonezi
  • 2-3 ədəd orta ölçülü xiyar 
  • 1 dəstə şüyüd 
  • duz 


HAZIRLANMA QAYDASI 

Toyuğun döş ətini qaynadın, soyuduqdan sonra balaca-balaca didin. Xiyarları soyub noxud böyüklüyündə kvadrat formada doğrayın. Şüyüdü doğrayın və bütün ərzaqı Bizim Süfrə mayonezilə birlikdə qarışdırın. Üstünü istəyə görə bəzəyə bilərsiniz.

Nuş olsun! :)