NAR BİLƏRZİYİ SALATI


İÇİNDƏKİLƏR:

  • 3 ədəd yerkökü
  • 3 ədəd kartof
  • 2 ədəd kiçik və ya 1 ədəd iri çuğundur
  • 3 ədəd yumurta
  • 1 stəkan qoz ləpəsi – xırda-xırda doğranmış
  • 2 ədəd sümüksüz, dərisiz toyuğun döş əti
  • Bizim Süfrə mayonezi
  • duz, istiot
  • nar dənələri (təxminən 1 iri nardan)

HAZIRLANMASI:

Yerkökü, kartof, çuğundur (ayrı qazanda) və yumurtanı suda bişirin. Sürtkəcin iri gözündən keçirib ayrı-ayrı qablara yığın. Ayrı qazanda bir az duz salınmış suda toyuq ətini də bişirib, əlinizlə didin. İri yastı qabın ortasına su stəkanı qoyun. Ərzaqları bu stəkanın ətrafında bu ardıcıllıqla yayın.

Qeyd: arada layları duzlayın, amma çox deyil, çünki mayonez duzlu olur.

1. Kartof
2. Bizim Süfrə mayonezi (təxminən 2 x. qaşığı)
3. Çuğundurun yarısı
4. Bizim Süfrə mayonezi
5. Yerkökü
6. Bizim Süfrə mayonezi
7. Qoz
8. Toyuğun yarısı
9. Bizim Süfrə mayonezi
10. Yumurta
11. Bizim Süfrə mayonezi
12. Qalan toyuq
13. Bizim Süfrə mayonezi
14. Qalan çuğundur
15. Bizim Süfrə mayonezi

Axırda Bizim Süfrə mayonezini salatın hər tərəfinə çəkin. Üstünə və kənarlarına nar dənələri səpin və əlinizlə yüngülvari basın ki, yapışsınlar. Bir neçə saatlıq soyuducuya qoyun.

Nuş olsun! :)