BOLQAR BİBƏRLİ TOYUQ SALATI


İÇİNDƏKİLƏR:

  • 450 qram dərisiz və sümüksüz toyuğun döş əti
  • 1/2 çay qaşığı duz (toyuğun qaynadığı suya əlavə etmək üçün)
  • 1 ədəd qabığı soyulmuş xiyar (əgər təzə xiyarınız yoxdursa, onu turşu xiyarla əvəz edə bilərsiniz)
  • 2 ədəd suda bişmiş və qabığı soyulmuş yerkökü
  • 1 ədəd yaşıl Bolqar bibəri
  • 1 ədəd qırmızı Bolqar bibəri
  • 1 ədəd sarı və ya narıncı Bolqar bibəri
  • zövqə görə xırda doğranmış şüyüt
  • zövqə görə duz
  • zövqə görə istiot
  • 4 x.q. Bizim Süfrə mayonezi və yaxud 2 x.q. Bizim Süfrə mayonezi və 2 x.q. xama (zövqə görə bu miqdarı artırmaq da olar)

HAZIRLANMASI:
1.  Toyuq ətini duz əlavə edilmiş suda bişirin. Sonra süzün və kənara qoyun. Soyuduğunda, bıcaqla uzunsov doğrayın və ya da əlinizlə didin.

2. Xiyar, yerkökü və bibərləri nazik uzunsov şəkildə doğrayın.

3. Ərzaqların hamısını bir qaba qoyub Bizim Süfrə mayonezi qarışdırın. Soyuducuda ən azı yarım saat saxladıqdan sonra servis edin.

Nuş Olsun! :)