YAŞIL ALMALI KƏRƏVİZ SALATI


İÇİNDƏKİLƏR:

  • 1 ədəd yaşıl alma
  • 1 ədəd kərəviz
  • 1 ədəd orta yerkökü
  • 1 x.q. Bizim Süfrə mayonezi
  • 1 stəkan qatıq
  • 2 diş sarımsaq
  • Bir ovuc qoz ləpəsi
  • Duz

HAZIRLANMASI:

Kök, kərəviz və almanı rəndələyin. Sarımsaqlı qatıq hazırlayıb üzərinə tökün. Daha sonra Bizim Süfrə mayonezi əlavə edin. Qoz ləpəsini də əlavə edib qarışdırın. Zövqə görə duz da əlavə etmək olar. Üzərini istədiyiniz kimi bəzədikdən sonra salat hazır olacaq.

Nuş olsun! :)