TƏRƏVƏZLİ QARIŞIQ SALAT


İÇİNDƏKİLƏR:

  • 3 qabaq
  • 3 yerkökü
  • 1 banka qırmızı bibər
  • 1 banka göbələk
  • 1 qutu qarğıdalı
  • şüyüd
  • 250 qr turşulu zeytun
  • zövqə uyğun bişirilmiş lavaş çörəyi
  • Sousu:
  • 3 qaşıq Bizim Süfrə mayonezi
  • 3 qaşıq qatıq
  • 1 limon suyu
  • 1 qaşıq şəkər
  • zeytun yağı
  • 2 diş sarımsaq
  • duz
  • 1 qaşıq nanə

HAZIRLANMA QAYDASI:

Qabaq və yerkökünü kibrit çöpü kimi doğrayıb az miqdarda duru yağda ayrı-ayrı qızardın, 

digər ərzaqları doğrayıb qızardılan tərəvəzlərlə qarışdırın. Sous ərzaqlarını qarışdırıb salatın üzərinə tökün .

Nuş olsun! :)