smallimage

Resept

Mimoza salatı

Tərkib:

450 qram dərisiz və sümüksüz toyuğun döş əti

1/2 çay qaşığı duz (toyuğun qaynadığı suya əlavə etmək üçün)

1/2 stəkan xırda doğranmış qoz ləpəsi

3 ədəd orta boy kartof

2 ədəd yumurta

3 ədəd orta boy yerkökü

zövqə görə duz

6 qaşıq xama + 6 qaşıq Bizim Süfrə mayonezi

Rəndələnmiş Holland pendiri

Hazırlanması:

1. Toyuq ətini duz əlavə edilmiş suda bişirin. Sonra süzün və kənara qoyun. Soyuduğunda, bıcaqla uzunsov doğrayın və ya əlinizlə didin.

2. Karktof, yerkökü və yumurtaları suda bişirib qabıqlarını soyun. Sürtgəcin iri dişindən keçirib, ayrı-ayrı qablara qoyun.

3. Hazırladınan ərzaqlar aşağıda verilən ardıcıllıqla servis qabına lay-lay düzülür:

  • toyuq ətinin yarısı
  • xama- Bizim Süfrə mayonez qarışığı
  • qozun yarısı
  • kartofun yarısı
  • duz
  • xama- Bizim Süfrə mayonez qarışığı
  • yumurtaların yarısı
  • duz
  • yerkökünün yarısı
  • xama-Bizim Süfrə mayonez qarışığı

Layları eyni şəkildə davam edin. Ən üstdə yerkökü olmalıdır.