smallimage

Resept

Narqovurma

Tərkib:

Qoyun əti – 600 qr.

Kərə yağı – 100 qr.

Baş soğan – 150 qr.

Nar dənələri – 150 qr.

Şabalıd – 100 qr.

Keşniş – 40 qr.

Zəfəran suyu

Su

Duz

Qara istiot

Tkemali sousu

Acılı bibər sousu

Hazırlanması:

Bir tavada kərə yağını əridib tikələri oraya əlavə edin. Bir az qovurduqdan sonra üzərinə uzun-uzun doğranmış soğanları da əlavə edin. Ardınca şabalıdı və nar dənələrini də qatın. Zəfəran suyu və azca su tökdükdən sonra qaynamağa buraxın. Bir qədər bişdikdən sonra tkemali- qırmızı alça sousunu və qara istiot əlavə edin. Yemək tam hazır olduqda acılı bibər sousu və zövqə görə göyərti ilə servis edin.