Product Image

Bizim süfrə

SƏHƏR YEMƏYİ SOUSU

Günə necə başlamağına səhər yeməyinin də böyük təsiri var. O, mütləq bol çeşidli və ləzzətli olmalıdır. Səhər yeməyində fərqli ləzzət axtarışında olanlara səslənirik, indidən süfrənizdə Bizim Süfrə Səhər yeməyi sousuna yer ayırın. Bir gün dadan hər zaman dadmaq istəyəcək.

Tərkibi: Tomat pastası, pasterizə edilmiş su, günəbaxan yağı, bibər pastası, şəkər tozu, doğranılmış qoz, doğranılmış fındıq, duz, təbii ədviyyatlar, askorbin turşusu (E300), kstantan kitrəsi (E415), kalium sorbat (E202).                                                                

Məhsulun çəkisi: 310 q

100 q məhsulun qida dəyəri

Yağlar: 15q

Zülallar: 4.2q

Karbohidratlar: 22q

Enerji dəyəri: 1635 kC /  391kkal

İç ədədi: 24 ədəd

Qeyd: Azərbaycan Məhsulu.Tərkibində GMO yoxdur. Günəş şüasından qoruyun. İstifadədən əvvəl çalxalayın.

# Davamını oxu
Background

Haqqımızda

Fəaliyyətimiz 1993-cü ildən başlamışdır. Məhsullar əl dəymədən tam avtomatlaşdırılmış şərtlərdə istehsal edilir. Fabrik məhsul istehsal edilməsi üçün lazımi beynəlxal standartlara uyğundur və aşağıdakı sertifikatlara sahibdir: TS-EN-ISO 9001:2008 Keyfiyyət İdarəetmə Sistemi; TS-EN-ISO 22000: 2005 Qida Təhlükəsizliyi İdarəetmə Sistemi; FSSC 22000 (ISO 22002-1) Qida Təhlükəsizliyi İdarəetmə Sistemi. Fabrikə xidəmt göstərən Laboratoriya Almaniyanın DakkS Beynəlxalq Akkreditasiya Təşkilatından akkreditə olunmuşdur və ISO 17025:2005 Laboratoriya Akkreditasiya Yetərlilik Sertifikatına malikdir. 2014-cü ildə Türkiyədə keçirilən beynəlxalq “Ambalaj Ay Yıldızları 2014” dizayn müsabiqəsində mükafat qazanmışdır. Bu isə Azərbaycan məhsulunun beynəlxalq arenada rəqabət gücünü nümayiş etdirməktədir.

Location Heydər Əliyev pr., 92a
Bakı, Azərbaycan, AZ1029
Location Qaynar Xətt
120