Product Image

Bizim sufre

POMİDOR SOUSU

Yerli, təbii pomidorlardan hazırlanan və klassik pomidor dadında olan “Bizim Sufre” pomidor sousu mətbəxdə gündəlik yeməklərin bişirilməsi zamanı ən çox istifadə olunan məhsullardandır. Çünki əksər yeməklərimizi, əsasən də sulu yeməkləri pomidor sousu ilə dadlandırmağı sevirik. Yeməklərimizə təbii dad qatmaq üçün “Bizim sufre” pomidor sousu mükəmməl bir seçimdir. Həm də tərkibindəki ədviyyatlar  sousun ləzzətini qat-qat artırır. Ağız dadımıza uyğun olaraq, müxtəlif yeməklərdə istifadə edə bilərik. Daha çox makaronun üzərinə əlavə edilən, pizzaların hazırlanmasında işə yarayan və pomidor-yumurta bişirmək üçün ən uyğun məhsul olan bu sous həm də faydalıdır. Pomidorun tərkibindəki likopen maddəsi ən tanınmış pəhriz növlərində də işə yarayır. Bu, o deməkdir ki, təbii pomidor sousu sağlam qidalanma zamanı da mütləqdir.

Tərkibi: Pomidor, bibər pastası, günəbaxan yağı, şəkər tozu, duz, təbii çili aromatizatoru, soğan, qatılaşdırıcı, acı qırmızı bibər, sarımsaq, dəfnə yarpağı, qara bibər, limon turşusu (E330).                                                                         

Məhsulun çəkisi: 310 qr                                

Məhsulun qida dəyəri:

Yağlar: 4.3q

Karbohidratlar: 21.8q

Enerji dəyəri: 529.2 kC /  126 kkal

İç ədədi: 30 əd x 310 q

Qeyd: Azərbaycan Məhsulu.Tərkibində GMO yoxdur.  Günəş işığından qoruyun. Qapağı şişmiş qabları almayın. İstifadədən əvvəl çalxalayın.

# Davamını oxu
Background

Haqqımızda

Fəaliyyətimiz 1993-cü ildən başlamışdır. Məhsullar əl dəymədən tam avtomatlaşdırılmış şərtlərdə istehsal edilir. Fabrik məhsul istehsal edilməsi üçün lazımi beynəlxal standartlara uyğundur və aşağıdakı sertifikatlara sahibdir: TS-EN-ISO 9001:2008 Keyfiyyət İdarəetmə Sistemi; TS-EN-ISO 22000: 2005 Qida Təhlükəsizliyi İdarəetmə Sistemi; FSSC 22000 (ISO 22002-1) Qida Təhlükəsizliyi İdarəetmə Sistemi. Fabrikə xidəmt göstərən Laboratoriya Almaniyanın DakkS Beynəlxalq Akkreditasiya Təşkilatından akkreditə olunmuşdur və ISO 17025:2005 Laboratoriya Akkreditasiya Yetərlilik Sertifikatına malikdir. 2014-cü ildə Türkiyədə keçirilən beynəlxalq “Ambalaj Ay Yıldızları 2014” dizayn müsabiqəsində mükafat qazanmışdır. Bu isə Azərbaycan məhsulunun beynəlxalq arenada rəqabət gücünü nümayiş etdirməktədir.

Location Heydər Əliyev pr., 92a
Bakı, Azərbaycan, AZ1029
Location Qaynar Xətt
120