Bizim sufre
ZEYTUNLU MAYONEZ
Ləzzətli “Bizim Sufre” mayonezlərinin dadına dad qatmaq üçün zeytun kimi faydalı bir məhsuldan istifadə olunub. Bu zeytunlu mayonez ilə mətbəxinizdə bənzərsiz salatlar, qəlyanaltılar hazırlaya bilərsiniz. İsti yeməklərinizin yanında rahat sıxılma özəlliyinə sahib zeytunlu mayonezdən servis etməklə, süfrənizin qonağı olan hər kəsin damağı dada gələcək. “Bizim Sufre”nin zeytunlu mayonezləri bir dəfə istifadədən sonra gündəlik süfrələrinizin daimi sakininə çevriləcək.
Tərkibi: Saflaşdırılmış, vinterizasiya və dezodorasiya edilmiş günəbaxan yağı, saflaşdırılmış zeytun yağı, pasterizə edilmiş su, stabilizator kompleksi: yumurta sarısı tozu, quar kitrəsi (E412), ksantan kitrəsi (E415), nişasta ( E1422), şəkər tozu, duz, sirkə, turşuluq tənzimləyiciləri: süd turşusu(E270), limon turşusu(E330), konservant: kalium sorbat (E202), antioksidant: EDTA (E385), xardal yağı, beta-karotin (E160a).
Məhsulun çəkisi: 200 ml
100 q məhsulun qida dəyəri
Yağlar: 55.52 q
Zülallar: 0,3 q
Karbohidratlar: 2,98 q
Enerji dəyəri: 2144.36 kC/ 512.76 kkal
İç ədədi: 40 ədəd
Qeyd: Azərbaycan Məhsulu.Tərkibində GMO yoxdur. Tərkibində Omeqa 6 və Omeqa 9 vardır.
Fəaliyyətimiz 1993-cü ildən başlamışdır. Məhsullar əl dəymədən tam avtomatlaşdırılmış şərtlərdə istehsal edilir. Fabrik məhsul istehsal edilməsi üçün lazımi beynəlxal standartlara uyğundur və aşağıdakı sertifikatlara sahibdir: TS-EN-ISO 9001:2008 Keyfiyyət İdarəetmə Sistemi; TS-EN-ISO 22000: 2005 Qida Təhlükəsizliyi İdarəetmə Sistemi; FSSC 22000 (ISO 22002-1) Qida Təhlükəsizliyi İdarəetmə Sistemi. Fabrikə xidəmt göstərən Laboratoriya Almaniyanın DakkS Beynəlxalq Akkreditasiya Təşkilatından akkreditə olunmuşdur və ISO 17025:2005 Laboratoriya Akkreditasiya Yetərlilik Sertifikatına malikdir. 2014-cü ildə Türkiyədə keçirilən beynəlxalq “Ambalaj Ay Yıldızları 2014” dizayn müsabiqəsində mükafat qazanmışdır. Bu isə Azərbaycan məhsulunun beynəlxalq arenada rəqabət gücünü nümayiş etdirməktədir.