Haqqımızda
“Bizim Sufre” brendi 2009-cü ildə yaradılıb. İllərdir ki, məhsullar əl dəymədən, tam avtomatlaşdırılmış şərtlərdə istehsal edilir. Fabrik məhsul istehsal edilməsi üçün lazımi beynəlxalq standartlara cavab verir və aşağıdakı sertifikatlara sahibdir:
TS-EN-ISO 9001:2008 Keyfiyyət İdarəetmə Sistemi;
TS-EN-ISO 22000: 2005 Qida Təhlükəsizliyi İdarəetmə Sistemi;
FSSC 22000 (ISO 22002-1) Qida Təhlükəsizliyi İdarəetmə Sistemi.
Fabrikə xidmət göstərən laboratoriya Almaniyanın DAKKS Beynəlxalq Akkreditasiya Təşkilatından akkreditə olunmuşdur və ISO 17025:2005 Laboratoriya Akkreditasiya Yetərlilik Sertifikatına malikdir. Brend 2014-cü ildə Türkiyədə keçirilən beynəlxalq “Ambalaj Ay Yıldızları 2014” dizayn müsabiqəsində mükafat qazanmışdır. Bu isə Azərbaycan məhsulunun beynəlxalq arenada rəqabət gücünü nümayiş etdirməkdədir.