smallimage

Рецепт

Çiyələk souslu çizkeyk

Состав:

Sadə qurabiyə - 4-5 ədəd

Yumurta – 3 ədəd

Un -  3 st.

Əridilmiş kərə yağı – 150 qr.

Yağlı pendir – 500 qr.

Kəsmik – 200 qr.

Şəkər kirşanı – 200 qr.

Qaymaq (30 % yağlılıqda) – 450 ml.

Jelatin

Vanil – 1 ç.q.

Çiyələkli sous

СПОСОБ ПРИГОТОВЛЕНИЯ:

Yumurta və unu bir qaba əlavə edib çalın. Un tam həll olduqda yağlı pendiri də əlavə edib qarışdırın. Ardınca kəsmiyi və vanili də əlavə edərək durmadan qarışdırın. Qaymağı da qarışdıra-qarışdıra əlavə edin.

Başqa bir qazanı ocağa qoyub jelatini qaynatmağa başlayın. Jelatin soyuduqda bayaq hazırladığımız qarışımın üzərinə əlavə edin. Jelatini ehmalca qarışdıra-qarışdıra əlavə edib kənara qoyun.

Başqa bir qabda qurabiyələri ovuntu halına gətirin və üzərinə kərə yağını töküb yoğurmağa başlayın. Soba qabının içinə yağlı kağız qoyub qurabiyə ovuntusunu əlavə edin. Üzərinə isə jelatinli qarışımı tökün. Tam bişdikdə kənara alıb soyumasını gözləyin. Ardınca dilimləyib meyvə və çiyələkli sousla bəzəyin, həm də dadlandırın.