smallimage

Resept

Badımcan ləvəngisi

Tərkib:

Badımcan – 10 ədəd

Qoz ləpəsi – 1 kq.

Zoğal turşusu – 4 x.q.

Qırmızı soğan – 300 qr.

Xörək duzu – 10 qr.

Qara istiot – 5 qr.

Duru yağ – qızartmaq üçün

Acılı nar sousu

Hazırlanması:

Qoz ləpəsini ət maşınından keçirin, üzərinə yenə də ətçəkən maşından keçirilmiş qırmızı soğanı əlavə edin. Zoğal turşusu və acılı nar sousunu əlavə etməyi unutmayın. Duz və istiotu da tökdükdən sonra yaxşıca qarışdırın. Kənara qoyub gözlədin. Kənarda badımcanları təmizləyin. Suda pörtlətdikdən sonra içini yarıb hazırladığınız ləvəngi içliyini doldurun. Üzərinə yağ süzüb sobaya göndərin. Servis edərkən acılı nar sousunu əlavə edin.