Fileni uzun-uzun doğrayıb tkemali – yaşıl alça sousunda basdırma edin. Yaxşıca qarışdırıb çöpə çəkin. Qiyməni tkemali – qırmızı alça sousu ilə qarışdırıb çöpə çəkin. Quzu ətini isə acılı bibər sousu ilə basdırma edin. Çeri pomidorlarını, rəngli bibərləri, həmçinin can ətini də çöpə çəkin və bütün ərzaqları rozmarinli zeytun yağlı sousda qızardın. Göbələkli sousla servis edin.