smallimage

Resept

Lobya çığırtması

Tərkib:

Yaşıl lobya – 400 qr.

Pomidor – 100 qr.

Baş soğan – 150 qr.

Duru yağ – 50 ml.

Toyuq yumurtası – 6 ədəd

Xörək duzu – 15 qr.

Qara istiot – 5 qr.

Limon duzu – 3 qr.

Tartar sousu

Bolonez sousu

Servis üçün:

Zövqə görə göyərti

Hazırlanması:

Əvvəlcə lobyaları təmizləyibdoğrayın və suda qaynadın. Bir tavaya yağ və xırda doğranmış soğanı əlavə edib qızardın. Qaynanmış lobyanın suyunu süzüb lobyaları soğan qovurmasının üzərinə əlavə edin. Lobya qovrulmağa başlayanda üzərinə bolonez sousunu tökün. Bir qədər bişirdikdən sonra acılı ədviyyatlı pomidor sousundan da əlavə edin. Duz, istiotu töküb yumurtanı da çalıb əlavə edin. Tartar sousu və zövqə görə göyərti ilə servis edin