smallimage

Resept

Qofre vafli

Tərkib:

100 qr. kərə yağı

250 ml. süd

200 qr. buğda unu

100 qr. şəkər kirşanı

0,5 ç.q. duz

2 ədəd yumurta

1 ç.q. vanil

1 ç.q. qabartma tozu

Şokolad sousu

Banan

Giləmeyvə

Hazırlanması:

Yumurtanın sarısı ilə şəkər kirşanını bir qaba yerləşdirib mikserlə çalın. Kərə yağını da eyni qaba qoyub mikserlə çalmağa davam edin və dayanmadan südünüzü də əlavə edin. Un, qabartma tozu, vanili də qarışımın üzərinə töküb yenə də qarışdırın və tam həll olduqda kənara qoyun. Öncədən ayırdığınız yumurtanın ağına duz əlavə edib mikserlə çalın və tam bərkiyənədək davam edin. Sonda hər iki qabdakı qarışımları bir-biri ilə qarışdırıb vafli aparatında bişirin. Meyvələrlə zövqünüzə görə bəzədiyiniz vafliləri şokoladlı sousla tamamlayın. Nuş olsun!