Toyuğu bütöv şəkildə təmizləyib soba qabına yerləşdirin. Üzərinə ədviyyatlı, acılı pomidor sousu və duru yağ əlavə edin. Yağlı sousu toyuğun canına hopdurub üzərini streç sellofanla örtün.
Soğanları uzun-uzun doğrayıb bir qaba tökün. Bibərləri də uzun-uzun doğrayıb soğanın üzərinə əlavə edin. Pendirli sousdan tökərək tərəvəzləri yaxşıca qarışdırın.
Kartofları halqa-halqa dilimləyin, soba listinə yağlı kağız yerləşdirib kartofları düzün. Souslanmış toyuğu kartofların üzərinə yerləşdirib pendir souslu tərəvəzləri toyuğun iç hissəsinə və üzərinə doldurun. Ən üst hissəyə isə pomidorları düzün. Yemək tam hazır olduqda üzərinə göyərti səpib servis edin.